Azərbaycanlı aktrisanın göydə çantasını yardılar

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul reysində oğurluq hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən aktrisa, Əməkdar İncəsənət Xadimi Məlahət Abbasovanın çantasından 1000 ABŞ dolları oğurlanıb.
M.Abbasova açıqlamasında bildirib ki, təyyarəyə minməzdən əvvəl pul çantasında olub: "Mən Bakıda təyyarəyə mindim, sonra çantamı başımın üzərindəki dolaba qoydum. Uçuş müddətində yatmışam və heç nədən xəbərim olmayıb. İstanbulda təyyarədən endikdən sonra pulumun oğurlandığını bildim".
Aktrisa faktla bağlı İstanbul Hava Limanındakı təhlükəsizlik orqanlarının əməkdaşlarını məlumatlandırıb: "Onlar son bir ay ərzində AZAL-ın həyata keçirdiyi aviareyslərdə oğurluq hadisəsi ilə bağlı bir neçə müraciətin daxil olduğunu bildirdilər. Eyni zamanda, sonuncu dəfə on gün əvvəl bir xanımın çantasından xəstəxanaya ödəmək üçün gətirdiyi 18000 ABŞ dollarının oğurlandığını söylədilər. Həmin qadın hava limanını ağlayaraq tərk edib".
"Polislər təyyarələrin içində kameralar olmadığı üçün oğurluq hadisəsini törədənlərin tapılmasının qeyri-mümkün olduğunu deyərək, yalnız şübhələndiyim biri varsa, məsələnin hüquqi müstəvidə araşdırılması üçün kömək edə biləcəklərini vurğuladılar. Onlar oğruların şəbəkə şəklində fəaliyyət göstərdikləri qənaətindədir", - o qeyd edib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski "Report"un sorğusuna cavab olaraq bildirib ki, oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılır: "Məsələ ilə bağlı həmin aviareysin baş bələdçisi dindirilməlidir. Bundan sonra hadisə ilə əlaqədar ətraflı məlumat veriləcək".
O, təyyarənin salonunda kameraların olmadığını da vurğulayıb.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










