Azərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandı

“Miss Azerbaijan 2010” titulunun sahibi, Moskvada yaşayan model Gülnarə Əlimuradovanın üzüyü oğurlanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, 29 yaşlı Gülnarənin dəyəri 1,5 milyon rubl (təxminən 41 min manat) olan bahalı zinət əşyası iyulun 15-də itib.
Əvvəlcə itən zinət əşyasının kimə məxsus olduğu bilinməsə də, daha sonra əşyanın əsl sahibi üzə çıxıb. Məlum olub ki, G.Əlimuradova üzüyü “Çayxana” restoranının tualetində unudub. Geri qayıdanda isə həmin zinət əşyasını yerində tapmayıb. Qiymətli daş-qaşlarla bəzədilmiş üzüyü modelə nişanlısı hədiyyə edib.
Qeyd edək ki, G.Əlimuradova Bülbül adına Musiqi məktəbinin məzunudur. O, skripka üzrə ali təhsilini Bakı Musiqi Akademiyasında alıb. Gülnarə “Miss Azerbaijan 2010”da qalib gələndən sonra bir çox məşhur brendlər onu şirkətlərinin siması seçiblər.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











