Azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı ötən gün və bu gün daha 2 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 27-ə çatıb.
Bu barədə Avtosfer.az Türkiyə KİV-ə istinadən məlumat verir.
Cəsədlərin kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır. İtkin düşmüş bir nəfərin axtarışı isə davam edir.
Qeyd edilir ki, tapılan cəsədlərdən birinin DNT analizi onun Orhan Bekret adlı şəxsə məxsus olduğunu müəyyən edib.
Bildirək ki, ötən gün daha bir cəsəd aşkarlanmışdı.
Xatırladaq ki, ŞKTR Girne limanı ilə Mersindəki Taşucu limanı arasında hərəkət edən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb.
Bildirək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Həmçinin gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar.
Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












