“Azərenerji”də 255 milyon manatlıq yoxlama - Satınalma pozuntuları aşkarlanıb

Hesablama Palatası “Azərenerji”də investisiya və satınalma pozuntuları aşkarlayıb.
Avtosfer.az xəbər verir ki, Hesablama Palatasının “Azərenerji” ASC-də apardığı audit zamanı dövlət investisiyalarının icrası, layihələrin səmərəliliyi və satınalmalar üzrə ciddi nöqsanlar müəyyən edilib.
Audit 2022–2024-cü illəri əhatə edib və ümumilikdə 255,8 mln. manatdan çox vəsait yoxlanılıb.
Hesabata əsasən, Kiçik Su Elektrik Stansiyaları üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə cəmi 14,7–46% səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.
Audit zamanı müəyyən edilib ki, bəzi layihələrdə smetada nəzərdə tutulmayan işlər və xərclər satınalma müqavilələrinə daxil edilib, görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunub. Bu isə dövlət satınalmaları və tikinti normalarının pozulmasına gətirib çıxarıb.
Hesablama Palatası həmçinin satınalma prosesində çoxsaylı prosedur pozuntularını qeyd edib. Belə ki, tender sənədləri normativ tələblərə uyğun rəsmiləşdirilməyib, tender komissiyasının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlar aşkarlanıb.
Bundan əlavə, dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də uyğunsuzluqlar müəyyən olunub. Bəzi hallarda alınmış materiallar məsul şəxslərə təhvil verilməyib, aktivlər uçota alınmadan istifadə olunub.
Audit göstərib ki, tikintisi başa çatmış 7 Kiçik Su Elektrik Stansiyası istismara verilsə də, onların rəsmi qəbul prosedurları tamamlanmayıb.
Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib.
“2040-cı ilədək Bakının nəqliyyat xəritəsi dəyişəcək” - EKSPERT - FOTO
Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?
İran–Oman razılaşması Orta Dəhlizə necə təsir edəcək? – AÇIQLAMA
“Wolt” sifarişləri düzgün qablaşdırılmır? - Kuryerlər ŞİKAYƏTÇİDİR
Bakıda tıxacların həlli üçün yeni təklif: Bu yollar genişləndirilməlidir - EKSPERT
3 istiqamətdə tıxac var - Sürücülərin nəzərinə!
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı










