“Azərişıq”dan 9 yaşlı Zəhra ilə bağlı açıqlama

Son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın müalicəsinə “Azərişıq” ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə “Azərişığ”ın Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu cür məlumatların əsassız olduğunu bildirib.
““Azərişıq” olaraq bildirmək istəyirik ki, bu xoşagəlməz hadisə baş verdiyi gündən etibarən 9 yaşlı Zəhra balamız rəhbərliyimizin daim diqqət mərkəzində olub. Məlum hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün “Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib. Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər səhmdar cəmiyyət tərəfindən tamamilə qarşılanıb.
Sosial şəbəkələrdə iddia olunduğu kimi bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb. Bundan sonra da “Azərişıq” Zəhra Əliyevanın müalicəsi üçün lazımi bütün zəruri tədbirləri görməkdə davam edəcək. Vətəndaşlarımızdan, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər. Biz də bu ölkənin vətəndaşlarıyıq və Zəhra balamızın başına gələn bu xoşagəlməz olay insan olaraq bizi də incidir. Bədbəxt hadisələrdən heç birimiz sığortalanmamışıq və hamımız bir-birimizə dəstək verib belə çətinlikləri dəf etməliyik”, - deyə qurum rəsmisi qeyd edib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












