Banner

“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ

Gündəm 11 Noyabr 2026 15:57
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə olun

Son günlərdə ölkəmizdəki bir sıra xidmətlərlə bağlı kiberdələduzluq faktları artıb. Adiyyəti üzrə dövlət qurumları yaranan təhlükənin qarşısını alsalar da, xidmətlərə tərtib edilən kiberhücumlar davam etməkdədir.

Avtosfer.az xəbər verir ki, analoji hal “AzParking” istifadəçilərinin də qarşısına çıxıb. Belə ki, son günlərdə xarici nömrələrdən "AzParking" adından ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajlar göndərilir.

Şirkətdən verilən açıqlamada bildirilib ki, istifadəçilərdən naməlum nömrələrdən göndərilən parklanma borcu ilə bağlı bildirişlərə etibar etməmələri və şübhəli linklərə daxil olmamaları xahiş edilib. O da vurğulanıb ki, “1181” qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır.

Səfər

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh