Azyaşlıların elektron siqaretlərə marağı artır: CƏRİMƏ MƏBLƏĞİ AZDIR? – SOSİOLOQ REAL VƏZİYYƏTİ AÇIQLADI - FOTO

Son illərdə gənclər və yeniyetmələr arasında elektron siqaretlərə maraq sürətlə artmaqdadır. Daxili bazarda bu məhsulların satışının və istifadəsinin genişlənməsi sağlamlıq üçün ciddi risklər yaratmaqla yanaşı, asılılıq hallarını da artırır. Hüquq-mühafizə və nəzarət orqanları tərəfindən müəyyən cərimələr tətbiq olunsa da, bu vasitələrin əldə olunması və istifadəsi ilə bağlı ciddi nəzarət problemləri qalır.
Elektron siqaretlərə qarşı cərimələr yetərlidirmi?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, bildiyimə görə, elektron siqaretlər qanunvericilikdə tütün məmulatlarına bərabər tutulur:

“Bu məsələdə 18 yaşından aşağı şəxslərin həmin məhsulları əldə etməsi və onlara satılması da tütün məmulatlarının satışına dair qadağalarla tənzimlənir. Ümumiyyətlə, elektron siqaret istifadəçilərinin əksəriyyəti məhz yeniyetmələr və gənclərdir. Xüsusilə qeyd etmək istəyirəm ki, 18 yaşına çatmamış uşaqlar bu məhsulları daha çox istehlak edir, bunu da gündəlik müşahidə edirik.
Sual yaranır: Bu şəxslər bu siqaretləri necə əldə edirlər? Hansı yollarla bu satış baş tutur? Elektron siqaret satanlar, xüsusilə də 18 yaşı tamam olmamış şəxslərə satış edənlər kimlərdir? Bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Cərimələr var, bəli, qapalı məkanlarda istifadə edilməsinə görə, satışına görə müəyyən məbləğlər müəyyən edilib. Amma ümumilikdə, əgər qanunvericilik elektron siqaretləri tütün məmulatlarına bərabər tutursa, bu zaman onun yaratdığı təhlükələrin də fərqində olmaq və satış zamanı daha diqqətli davranmaq lazımdır.

Ticarət obyektlərinin sahibləri qapalı məkanlarda bu siqaretləri istifadə edən yeniyetmə və uşaqlara qarşı daha diqqətli olmalıdır. Ümumiyyətlə, qapalı məkanlarda elektron siqaret istehlakçısı digər tütün məmulatlarının istehlakçısı kimi təhlükəli hesab edilməli və bu zaman başqalarının sağlamlığına zərər vurulması nəzərə alınmalıdır. Yəni passiv istifadəçilərin sayı artır və bu, başqalarının həyat keyfiyyətinə, sağlamlığına birbaşa zərər vurur”.
Sosioloq əlavə olaraq qeyd edib ki, bu baxımdan da qapalı məkanlarda elektron siqaret istehlakının qarşısı alınmalıdır:
“Eləcə də yetkinlik yaşına çatmayan şəxslərin bu məhsulları əldə etməsi və istehlak etməsi ciddi şəkildə araşdırılmalı, bu istiqamətdə konkret addımlar atılmalıdır”.
Eltac Zülfüqaroğlu
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür – VİDEO
Təcrübəli mexanik heç bir pul qarşılığında almayacağı üç avtomobili açıqladı
Avtomobildə siqaret çəkənlərin DİQQƏTİNƏ! - İnzibati məsuliyyət yarana bilər
Qışda Çin istehsalı olan avtomobillərdə nələrə diqqət yetirilməlidir? - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 1000 metrədək
Metroda yeni gediş haqqı – NECƏ ÖDƏNƏCƏK?
Xaricdən avtomobil alanların buraxdığı əsas səhvlər - Ən çox harada yanılırıq? - ARAŞDIRMA
"BakıKart" ləğv olunur? - AÇIQLAMA











