Bağlanan banklara borcu olanlara xəbərdarlıq

"Bankın bağlanması və ya lisenziyasının ləğvindən sonra həmin qurumdan kredit götürən vətəndaşların borcu avtomatik silinmir. Borcalanın ödəniş öhdəliyi qüvvədə qalır".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bankın fəaliyyətini dayandırması kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi demək deyil:
"Bank bağlansa da vətəndaşın borcu silinmir. Əsas borc, faizlər və kredit müqaviləsinin digər şərtləri qüvvədə qalır. Yəni bankın bağlanması borcalanı ödənişdən azad etmir".
İqtisadçı qeyd edib ki, bankın bağlanması prosesində ləğvedici təyin olunur. Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi çıxış etdiyi banklarda borcalanlardan kredit ödənişlərini toplayır və bankın öhdəliklərinin yerinə yetirilməsi ilə məşğul olur.
X.Kərimli borcalanın vəfat etməsinin də borcun avtomatik silinməsi anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu halda miras və vərəsəlik məsələləri nəzərə alınır:
"Mirası qəbul edib, onunla bağlı borc öhdəliklərindən imtina etmək mümkün deyil. Vərəsə mirasdan imtina edirsə, həmin mirasla bağlı borc öhdəliyini də qəbul etmir".
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












