Bağlanış mərasiminə daşımalar ekspres xətt avtobusları ilə təşkil ediləcək

“XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 19-29 iyul tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək. Nəqliyyat planına uyğun olaraq iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir.
İyulun 27-i saat 17:30-dan isə açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası ətrafında hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, festivalla bağlı nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib.
Emin
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











