Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA

2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul zamanı boş qalan dövlət sifarişli yerlər üçün əlavə müsabiqə keçirilib. Müsabiqənin nəticələrinə əsasən, 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu proses hər il həyata keçirilir:
“Müsabiqədən sonra əgər boş yer və dövlət sifarişi istifadə olunmamış qalırsa, onda həmin ödənişli ixtisaslara qəbul olunmuş neçə yer qalıbsa, o qədər ən yüksək bal toplayan tələbə dövlət sifarişli yerə keçirilir”.
Təhsil eksperti Elçin Əfəndinin fikrincə, 2026-cı illə bağlı verilən qərar artıq yekunlaşıb və bundan sonra siyahıya kimsə əlavə edilməyəcək.

“Mövcud dövlət sifarişi üzrə qalan boş yerlər dövlət sifarişinin keçid balından daha yüksək bal toplayaraq ödənişli ixtisaslara qəbul olan vətəndaşlara şamil olunub. Bu isə olduqca mütərəqqi qərardır. Dövlət sifarişində boş qalan yer varsa, həmin şəxslər yanlış seçimlərin, hansısa ehtiyat tədbir kimi ödənişlini birbaşa seçiblər, halbuki onlar pulsuza düşə bilərdilər. Həmin şəxslər dövlət sifarişində yer qaldığı üçün Dövlət İmtahan Mərkəzi və aidiyyəti qurumların razılığı əsasında onların pulsuz təhsili bir növ təmin olunub.
Bundan sonra başqa hansı tələbələrə şamil oluna bilər və yaxud da bu say arta bilərmi? Xeyr, çünki artıq bu tədris ili üçün mövcud qalan yerlər bunlar idi və onlar da bitib. Yalnız növbəti il yenə belə hal təkrarlanarsa, hər il olduğu kimi Dövlət İmtahan Mərkəzi yenə bu mütərəqqi addımı atacaq”.
Züleyxa
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












