Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

Bu gün Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Avropa Olimpiya Komitələrinin (EOC) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirdiyi festival iyulun 27-dək davam edəcək. EYOF-da Azərbaycan da daxil olmaqla EOC üzv olan 50 ölkədən 48-nin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etməkdən ötrü müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.
Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər kəndində məskunlaşacaq qonaqların ümumi sayı 3900 nəfər olacaq.
Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start veriləcək. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edəcək. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayacaq. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirəcəklər.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Kristal Zalında reallaşacaq təntənəli açılış mərasimi saat 20:00-a təyin olunub. Tədbirə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə bilet sahibləri və akkreditasiyaya malik şəxslər üçün xüsusi nəqliyyat vasitəsi ayrılıb. Saat 17:00 – 01:00 aralığında “28 may” və “Elmlər Akademiyası” metro stansiyalarından Bakı Kristal Zalına və geriyə pulsuz avtobuslar xidmət göstərəcəklər.
Tennis
Fərdi yarış
09:00 – 17:00. Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov, Tamerlan Əzizov
Bakı Tennis Akademiyası
Güləş
Sərbəst güləş
10:30 – 13:30. Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq)
Yunan-Roma güləşi
10:30 – 13:30. Fərid Sadıxlı (45 kq), Nihat Məmmədli (55 kq)
16:00 – 17:30. Medal görüşləri
Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Açılış mərasimi
20:00. Bakı Kristal Zalı.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











