Bakı-Abşeron-Sumqayıt marşrut xətləri üzrə işləyən avtobuslar yenilənəcək - VİDEO

Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və konfortlu avtobuslar xidmət edəcək.
Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub.
Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılamaqdır.
Qurum Abşeron rayonundan paytaxt Bakı istiqamətində gələn sərnişin avtobuslarının da monitorinqini aparıb. Artıq həmin istiqamətdə iki yeni marşrut xəttinin açılacağı dəqiqləşib. O cümlədən qurumun tabeliyində olan və Masazırdan "Memar Əcəmi" metrostansiyası və əks istiqamətdə sərnişin daşıyan 525 saylı avtobuslar yenilənəcək. Hər 3 xətdə yeni avtobuslar yaxın vaxtlarda sərnişinlərin xidmətinə başlayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən o da bildirilib ki, qoyulan tələblərə əməl etməyən daşıyıcı şirkətlər barəsində tədbirlər görüləcək.
525 saylı xəttin daşıyıcısı isə bildirib ki, 20 avtobusun alınması üçün artıq Koreya şirkəti ilə müqavilə imzalanıb. Müasir avtobuslar yaxın vaxtlarda Bakıya gətirilərək xəttə buraxılacaq.
Avtobusların yenilənməsi xəbəri sərnişinlərin ürəyincə olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO










