Bakı aeroportu gücləndirilmiş rejimdə çalışacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz bayramı günlərində gözlənilən sərnişin artımını nəzərə alaraq martın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, bayram günlərində artan səyahət tələbatını qarşılamaq məqsədilə hava limanının bütün xidmətləri fasiləsiz rejimdə çalışacaq.
Uçuşların təhlükəsiz və operativ şəkildə həyata keçirilməsi üçün əməliyyat xidmətlərinin fəaliyyəti gücləndiriləcək, sərnişin axınının səmərəli idarə olunması məqsədilə əlavə təşkilati tədbirlər görüləcək.
Sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başa çatdırmaları üçün onlara uçuşdan ən azı 2-3 saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxt itkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçmələri məsləhət görülür.
Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatmaq üçün “Airport Express” (H1 xətti) fəaliyyət göstərir. Marşrut 28 May metrostansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) və Koroğlu metrostansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz (24/7) xidmət göstərir.
Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminal ərazisində xüsusi “drop-off / pick-up” zolaqları mövcuddur və burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanma zonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə xoş, təhlükəsiz və rahat səyahətlər arzulayır.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












