Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi

Dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə də Nəqliyyat Qovşağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
BBAK-dan Avtosfer.az-a verilən məlumata görə, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması, yeni dərs ilinin başlaması ilə əlaqədar regionlardan paytaxta səfər edənlərin sayı üstünlük təşkil edir. Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə və Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib.
Həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda, yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər. Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb.
Hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur. Belə ki, gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 min 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 min 204 sərnişin şəhərlərarası, 10 min 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












