Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə insanın immun çatışmazlığı virusu (İİV) ilə bağlı mütəmadi olaraq maarifləndirmə və müayinə tədbiri həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bu gün, Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olundu və təşkil olunan səyyar məntəqədə həm sərnişinlər, həm də işçilər üçün pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradıldı.
Tədbirin əsas məqsədi müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxan insanları vaxtında aşkarlamaq, tez bir zamanda müalicəyə cəlb etmək, eyni zamanda virusun yayılmasının qarşısını alaraq əhalinin sağlam həyat tərzi barədə biliklərini artırmaqdır. Ölkəmizdə bu xəstəliklə mübarizə üçün bütün vasitələrdən istifadə edilir, eyni zamanda əhali arasında maarifləndirmə, təbliğat fəaliyyəti günü-gündən gücləndirilir.
Məlumat üçün qeyd edək ki, testdən keçənlər arasında İİV virusu aşkarlanmadı.




Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












