Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF

Bakı Funikulyorunun iş saatlarının genişləndirilməsi, tarifinin digər ictimai nəqliyyat növləri ilə uzlaşdırılması və vahid ödəniş sisteminə inteqrasiyası təklif olunur. Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, funikulyor yalnız turistik attraksion kimi deyil, şəhərin gündəlik sərnişindaşıma sisteminin bir hissəsi kimi fəaliyyət göstərməlidir.
Avtosfer.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rauf Ağamirzəyevin sözlərinə görə, cəmi 455 metr məsafəni təxminən 2 dəqiqəyə qət edən Bakı Funikulyorunda bir gedişin qiyməti 1 manat, hərəkət intervalı isə 15 dəqiqədir. Ekspert bu tarifin iqtisadi və tarif baxımından əsaslandırılmasının müzakirəyə ehtiyac duyduğunu vurğulayıb.
O, müqayisə üçün Bakı metrosunda 40,7 kilometrlik şəbəkə üzrə bir gedişin 60 qəpik, Bakı–Sumqayıt dəmir yolu xəttində isə təxminən 42 kilometrlik məsafə üçün gediş haqqının 1,20 manat olduğunu qeyd edib.
Ekspertin diqqət çəkdiyi digər məsələ funikulyorun iş rejimidir. Hazırda saat 10:00-dan 20:00-dək fəaliyyət göstərən nəqliyyat vasitəsi nahar fasiləsində də bir saatlıq fəaliyyətini dayandırır.
Müasir şəhər nəqliyyatında əsas məqsəd xidmətləri sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmaqdır. Bu baxımdan, funikulyorun iş saatlarının genişləndirilməsi və hərəkət intervallarının sərnişin tələbatına uyğun optimallaşdırılması vacibdir.
Bir sıra təkliflər də irəli sürüb. O, funikulyorun iş rejiminin saat 06:00-dan 00:00-dək genişləndirilməsini, 15 dəqiqəlik hərəkət intervalının tələbat əsasında yenidən nəzərdən keçirilməsini, tarifin ümumi ictimai nəqliyyat sistemi ilə uzlaşdırılmasını və vahid ödəniş sisteminin tətbiqini təklif edib.
Bundan başqa, ekspert gələcəkdə tətbiqi nəzərdə tutulan brutto müqavilələr çərçivəsində Bakı Funikulyorunun vahid ictimai nəqliyyat şəbəkəsinin tərkib hissəsi kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Rauf Ağamirzəyevin fikrincə, Bakı Funikulyoru Dənizkənarı Bulvarla şəhərin yuxarı hissəsi, eləcə də Şəhidlər xiyabanı istiqaməti arasında əlaqənin təmin edilməsində mühüm rol oynaya bilər. Buna görə də onun imkanları yalnız turizm məqsədləri ilə məhdudlaşdırılmamalı, gündəlik sərnişindaşıma baxımından da qiymətləndirilməlidir.
Ekspertin qənaətinə görə, şəhər nəqliyyatının səmərəli təşkili üçün müxtəlif nəqliyyat növləri ayrı-ayrılıqda deyil, vahid və əlaqələndirilmiş sistem şəklində fəaliyyət göstərməlidir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












