“Bakı Kart” terminalları 5 qəpiyi qəbul etmir - SƏBƏB

İctimai nəqliyyata gediş yükləmək üçün istifadə edilən "Bakı Kart" terminallarında tez-tez problemlər yaranır. Əsas problem terminalların kağız pulları “bəyənməyib” geri qaytarması ilə yanaşı, xırda qəpikləri ümumiyyətlə qəbul etməməsilə bağlıdır. Sərnişinlər qəpikləri dəfələrlə terminala daxil etsələr də, gediş yükləmək mümkün olmur. Terminallar hətta 5 qəpiklikləri ümumiyyətlə qəbul etmir. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, bu məsələ tez-tez gündəmə gətirilir və hər dəfə BNA-nın mövqeyi açıqlanır: “Əvvəla onu qeyd edim ki, 1, 3, 5 qəpik metal sikkələrin "BakıKart" satış yükləmə aparatları tərəfindən qəbul edilməməsi metal sikkələrə hər hansı münasibətdən irəli gəlmir. Məsələyə sırf texniki baxımdan yanaşmaq daha münasibdir. Digər bir məsələ, hər bir layihəyə başlamazdan əvvəl uyğun analizlər aparılır, onun texniki və maliyyə xüsusiyyətləri müəyyən edilir”.
BNA rəsmisinin sözlərinə görə, "BakıKart" layihəsi reallaşarkən sərnişinlər tərəfindən istifadə edilən qəpik metal sikkələr və əskinaslar araşdırılıb: “Layihə çərçıvəsində tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik sikkələrin və 1, 5, 10, 20, 50, 100 manatlıq bütün kağız əskinasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib”.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










