Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması 64% artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 3 002,5 min ton olub və göstərilən bütün xidmətlər üzrə nəzərə çarpacaq artım qeydə alınıb.
Avtosfer.az bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, ümumi yükaşırmanın 85,3%-i (2 560,3 min ton) tranzit yükaşırmanın payına düşüb. Son 1 ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) aşırılması 64% artaraq 24 790 ədəd olub. Bunlardan 18 642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6 148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət ediblər.
Konteynerlərin aşırılması isə 43,5% artaraq 24,305 ədəd (TEU ekvivalentində) olub. O cümlədən Çindən gələn konteynerlərin sayı isə 90% artaraq 2 610 ədəd təşkil edib.
Bərə terminalında vaqon aşırılması isə 12% artaraq 35 510 ədədə çatıb. Bunlardan 16 039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19,429 (54,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
9 ay ərzində limanın xidmətlərindən 34 425 sərnişin istifadə edib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












