"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib - FOTO

"Bakı Metropoliteni" QSC və Çinin "Octopus Holdings Limited" şirkəti arasında ictimai nəqliyyatda differensial tarif siyasətini müzakirə edib.
Avtosfer.az bu barədə "Bakı Metropoliteni"nə istinadən xəbər verir.
Məlumata görə, "Bakı Metropoliteni"nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə rəsmi səfər çərçivəsində Honqkonqda "Octopus Holdings Limited" şirkətində görüş keçirib. Görüşdə şirkətin baş icraçı direktoru Tim Yinq və Nəqliyyat biznesi üzrə rəhbəri Nora Tanq iştirak edib.
Bundan başqa, işgüzar müzakirələr zamanı "Octopus" sisteminin ictimai nəqliyyatda tətbiqi, sərnişin rahatlığını artıran texnoloji həllər, eləcə də şəhər miqyasında inteqrasiya olunmuş ödəniş modelləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, hazırda şirkət şəhər miqyasında ictimai nəqliyyat və gündəlik ödənişlər üçün əsas rəqəmsal ödəniş platforması olan "Octopus" sistemini inkişaf etdirib və idarə edir. Eyni zamanda, şirkətin Dubay, Amsterdam, Sinqapur, Oklend (Yeni Zelandiya), Konnektikut və Baffalo (Amerika Birləşmiş Ştatları) kimi aparıcı şəhər və regionlarda mövcud ödəniş sistemləri üçün texnoloji həllər və platforma xidmətləri təqdim etməklə beynəlxalq səviyyədə fəaliyyət göstərdiyi qeyd olunub.
Görüş çərçivəsində beynəlxalq təcrübə mübadiləsi aparılaraq ictimai nəqliyyatda differensial tarif siyasəti, sərnişin seqmentlərinə uyğun xüsusi yanaşmalar, həmçinin ödəniş sistemlərinin gələcək inkişaf istiqamətləri - mobil ödənişlər, açıq platformalar və şəhər miqyasında inteqrasiya olunmuş "ağıllı ödəniş" (smart payment) modelləri ətrafında fikir mübadiləsi aparılıb.



“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










