"Bakı Metropoliteni": Qarlı havada qatarların hərəkətində problem olmayacaq

"Bakı Metropoliteni" qarlı hava şəraitinə tam hazırdır. Stansiyaların qum, duz ehtiyatı ilə bağlı hazırlığı yerinə yetirilib və vəziyyət nəzarət altında saxlanılır.
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.
O bildirib ki, vacib məsələlərdən biri də alət və avadanlıqların hazır olmasıdır. Qurum qarın və buzun təmizlənməsinə cəlb ediləcək işçilər də müəyyənləşdirib.
"Depoda vəziyyət diqqətdə saxlanılır. Çünki qatarlar təkcə gecə deyil, gündüz də depoya daxil olur və ya da depodan xəttə verilir. Qatarları bir yoldan digərinə keçidini təmin edən yoldəyişdiriclər qardan və buzdan təmizlənməlidir. Buna görə depolarda qarla mübarizə qərargahları fəaliyyət göstərir. Cəlb olunacaq işçilər, onların hazırlığı davamlı yoxlanılır. Amma ən vacibi - qarı yoldəyişdiricilərdən təmizləyən üfürücü qurğuların hazırlığıdır. Bir sözlə, metroda qarla bağlı problem gözlənilmir" - deyə, Şaban İmkani qeyd edib.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












