"Bakı Metropoliteni" qatarda siqaret çəkən şəxslə bağlı araşdırmalara başladı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır: "Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".
B.Məmmədov bildirib ki, bu işdə təkcə "Bakı Metropoliteni" deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar: "Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin".
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











