Bakı metropoliteni qış mövsümünə hazırdır?

"Qarlı hava şəraitində stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün lazım olan bütün ehtiyatları və əlavə ləvazimatları alınaraq Bakı metropoliteninin bütün stansiyalara təhvil verilib".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sərnişinləri maraqlandıran ən vacib məsələlərdən biri stansiyaların qışa hazırlığıdır:
"Bakı metropoliteni üçün depoların açıq sahələrində olan ərazilərində güclü qar yağıntıların zamanı qatarların xəttə çıxmasına maneələr yarana bilər. Bu səbəbdən üfürücü qurğuların, personalın hazırlığı, ilk dəfə bu işə cəlb olunmadan işçilərin təlimatlandırılması işləri görülüb. Gecə növbəsində qəfil qar yağarsa, işçilərin işə çıxarılması üçün əlaqə nömrələri alınıb, çatdırılma vasitələri, işdə olarkən çalışdıqları dövr ərzində məişət ehtiyaclarının ödənilməsi, eyni zamanda geyim və digər məsələlərin hər biri tam həllini tapıb. Dekabrın 1-dən ümumiyyətlə Bakı metropoliteninin qışa hazırlıq planlarını tam olaraq yekunlaşdırılması nəzərdə tutulub. Bu mənada ventilyatorların iş qrafiki və digər infrastruktur məsələlərin hər biri həllini tapıb".
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












