Bakı Metropoliteni sərnişin sıxlığının aradan qaldırılması üçün tədbirlər görüb

Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr) qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" bütün lazımi tədbirləri görüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, oyun sonrası azarkeşlərin ünvana rahat və təhlükəsiz çatdırılması, yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün metro stansiyalarında hazırlıq tədbirləri başa çatdırılıb: "Xüsusən "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında işçi qüvvəsinin sayı artırılıb, stansiyalara nəzarət gücləndirilib. Oyun saat 22 radələrində yekunlaşdığı üçün stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur. Yəni stansiyalar vaxtında bağlanacaq. Amma buna baxmayaraq, sərnişin sıxlığının qarşısını almaq üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ümid edirik ki, həmişə olduğu kimi, bu dəfə də əlavə qatarlara və intervalın azaldılmasına ehtiyac olmayacaq. Yəni bu saatlarda başlanan oyunlar zamanı heç vaxt əlavə qatarlara ehtiyac olmayıb. Amma zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxıla və qatarlar arasındakı interval azaldıla bilər".
Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ" futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək.
Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










