Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş NƏZƏRDƏ TUTULUB?

"Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş nəzərdə tutulması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
"Bu məlumatın nəyə əsasən yazıldığını deyə bilmərəm, amma metroda əl yüklərinin daşınması ilə bağlı hər hansı bir yenilik yoxdur.
Əl yüklərinin daşınması ilə bağlı Nazirlər Kabinetinin "Bakı Metropolitenindən istifadə qaydaları" haqqında müvafiq qərarı var və həmin qərar da 2010-cu il oktyabrın 19-dan qüvvədədir. Həmin qərarda da "əlavə ödəniş" anlayışı yoxdur.
Qərarın 2-ci bəndində sərnişinlərin vəzifələri aydın şəkildə sadalanıb. 2.2-ci bəndində isə göstərilib ki, sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzunölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər. Göründüyü kimi heç bir əlavə ödəniş tələbindən söhbət getmir", - deyə B.Məmmədov vurğulayıb.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












