"Bakı Metropoliteni"nin əməkdaşları üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bədbəxt hadisələrin nisbətən çox baş verdiyi müəssisələrdə əməyin mühafizəsi üzrə maarifləndirmə tədbirlərini davam etdirir.
Bu barədə Avtosfer.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, növbəti təlim "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində keçirilib və burada müəssisənin 50 əməkdaşı iştirak edib. Təlimlərin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, eləcə də əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat verməkdir.
Eyni zamanda, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də bu sahədə işçilərin bilik və bacarıqlarının artırılması da təlimlərin əsas istiqamətlərindəndir.
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO












