"Bakı Metropoliteni"nin işçilərinin maaşı verilmir? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC-nin bu gün yaydığı əməkhaqqı ödənişləri ilə bağlı açıqlamasına metro işçilərinin reaksiyası gecikməyib.
Avtosfer.az xəbər verir ki, bir qrup metropoliten əməkdaşının Oxu.az-a ünvanladığı müraciətdə bildirilib ki, verilən açıqlama həqiqətə uyğun deyil.
"Yanvar ayından bizim maaşlarımızda əlavə edilməli olan 10% artım ödənilmir. Bu barədə də bizə heç bir səbəb göstərən yoxdur. Məsələ mətbuata çıxandan sonra bildirildi ki, işçilər yaranmış vəziyyəti anlayışla qarşılasınlar. Düşündük ki, yəqin artımlar ödəniləcək. Bu gün isə rəsmi açıqlama yayıblar ki, ödənilməmiş əməkhaqqı öhdəliyimiz yoxdur. Necə yoxdur? On aydır ki, heç bir əməkdaşa bu artımlar ödənilmir. Bəs bu borc deyil? Bəs onu bizə kim ödəməlidir? Pulumuzu kim verəcək?", - deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də maaşlara edilən əlavələrin ödənilməməsi ilə bağlı məlumat saytımızda yayımlanıb.
"Bildiririk ki, Sərəncamın icrasından irəli gələrək "Bakı Metropoliteni" QSC tərəfindən cari ilin yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirilərək minimum əməkhaqqında edilən dəyişiklik qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin əməkhaqqına tətbiq olunub.
Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir. Hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır. Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir.
Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk", - qurumun cavabında bildirilmişdi.
***11:00
Ötən gün “Bakı Metropoliteni” QSC-də əməkhaqqıların gecikdirildiyinə dair məlumatlar yayılıb.
QSC-dən Avtosfer.az-a bildirilib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində əməkhaqqı ödənişləri Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir. Ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
Sözügedən Sərəncamın icrasından irəli gələrək, “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilmiş, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilmişdir. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.
Əməkhaqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir. Əməkhaqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaqdır.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










