Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?

Bakı metrosunun inkişafı və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 302 milyon dollarlıq kredit ayrılması nəzərdə tutulur. Layihə çərçivəsində siqnalizasiya sistemlərinin modernləşdirilməsi və rəqəmsallaşdırma işlərinin aparılması qatarların hərəkət intervalının qısaldılması və sərnişin sıxlığının azaldılması baxımından əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, layihənin icrası metroda sərnişinlərin gündəlik istifadəsində hansı yenilikləri yaradacağı və ayrılan vəsaitin nə dərəcədə səmərəli xərclənəcəyi ilə bağlı suallar doğurur. Bəs bu işlər qatarların hərəkətində və sərnişin xidmətində hansı dəyişikliklərə səbəb olacaq?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı metrosunda siqnallaşma sistemlərinin modernləşdirilməsi qatarların hərəkət intervalının qısaldılmasına və sərnişin sıxlığının azaldılmasına şərait yaradacaq:

''Rəqəmsallaşdırma sayəsində qatarların hərəkəti daha dəqiq idarə olunacaq, metro xidmətinin təhlükəsizliyi və səmərəliliyi artacaq. Layihə həyata keçirildikdən sonra sərnişinlər qatarları daha az gözləyəcək, metroda hərəkət daha rahat və təhlükəsiz olacaq. Bu kredit metro infrastrukturunun müasirləşdirilməsi üçün yaxşı imkandır və layihənin Bakı metrosunun inkişafına, xidmət keyfiyyətinin yüksəlməsinə və sərnişin məmnuniyyətinin artmasına müsbət təsir göstərəcəyinə inanıram''.
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












