Bakı metrosunda HƏYƏCAN: Vaqonlara tüstü dolub, sərnişinlər boşaldılıb - VİDEO

Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasında baş verib.
Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
O bildirib ki, sərnişin qatarında heç bir təhlükə baş verməyib: "Qatar "Gənclik" stansiyasına daxil olarkən vaqonlara tüstü dolduğundan sərnişinlər boşaldılıb və qatara baxış keçirilib. Məlum olub ki, sərnişin qatarından əvvəl stansiyadan sınaq qatarı keçib və həmin qatarın əyləc yastıqlarında sürtünmə zamanı tüstü yaranıb. Nəticədə tunelə tüstü dolub. Hadisə nəticəsində sərnişinlərdən biri özünü pis hiss edib. Sərnişinə yardım göstərilib. Narahatlığa heç bir əsas yoxdur. Hazırda qatarlar normal qrafiklə hərəkət edir".
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












