Bakı metrosunda həyəcanlı anlar - Sərnişinlər qapı arasında qaldı

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb. Avtosfer.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında faktı təsdiq edib: "Hadisə nəticəsində qatarların hərəkətində 5 dəqiqəlik gecikmə yaranıb. Hazırda hadisənin səbəbləri araşdırılır. Bu araşdırmadan sonra olayın hansı səbəbdən baş verməsi aydınlaşacaq və biz ictimaiyyəti məlumatlandıracağıq", - deyə o, qeyd edib.
***08:12
Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb. "Dərnəgül" - "Həzi Aslanov" İstiqamətində hərəkət edən qatar "İnşaatçılar" stansiyasında boşaldılıb. Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub. Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin. Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.
Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











