Bakı metrosunda insident: Qurum itkilərini açıqladı – RƏQƏM

Bir neçə gün əvvəl Bakı Metropolitenində qatarların hərəkətində problem yaşanıb və metronun fəaliyyəti bir neçə saatlıq dayandırılıb.
Bu hadisələr səbəbindən Bakı Metropoliteni nə qədər maliyyə itkisi ilə üzləşib?
Avtosfer.az bildirir ki, "Globalinfo" məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, aprelin 21-də Bakı Metropolitenində baş vermiş hadisənin maliyyə zərəri əsasən sərnişin axınında müşahidə edilib:
“Belə ki, hadisə günü iş günləri üzrə orta sərnişin sayı 757 min səviyyəsindən 537 minə düşərək təxminən 29% azalma göstərib. Sonrakı günlərdə sərnişin sayı tədricən bərpa olunub. Nəticə etibarilə, hadisə baş verdiyi gündən etibarən ümumi sərnişin itkisi təxminən 267.4 min nəfər, birbaşa maliyyə itkisi isə təxminən bu saya uyğun qiymətləndirilir”.
Qeyd edək ki, verilən rəqəmlərə əsasən, Bakı Metropoliteninin təxmini maliyyə zərəri 160 min manat təşkil edir.
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO












