Bakı metrosunda pulsuz internet olacaq? – AÇIQLAMA

Azərbaycanda ölkədaxili qatarlarda pulsuz internet olacaq. Bütün istiqamətlər üzrə hərəkət edən qatarlarda tədricən pulsuz Wi-Fi-ın tətbiqi planlaşdırılır.
ADY-nin bu təşəbbüsündən sonra metroda da pulsuz internetdən istifadə məsələsi aktuallaşıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında hazırda bununla bağlı araşdırmaların aparıldığını bildirib:
“Metropolitenin özünə məxsus xüsusiyyətləri var. Bunları nəzərə almaqla müvafiq araşdırma işləri aparılır. Burada sərnişinə xidmət səviyyəsinin yüksəlməsi, təhlükəsizlik və digər məsələlərin hər biri nəzərə alınır”.
Müsahibimiz deyir ki, bu məsələ hər zaman qüvvədə qalandır. Çünki sərnişin məmnuniyyətinə müsbət formada nə təsir edirsə, diqqətdə saxlanılmalı, araşdırılmalıdır.
Bəs yaxın zamanda belə bir addım planlaşdırılır?
“Bu, nəzəri cəhətdən mümkündür, praktiki cəhətdən isə səmərəsi, əhəmiyyəti vacibdir. Hazırda metropolitenin tunellərində belə mobil operatorların əksəriyyəti interneti təmin edə bilir. Buna görə də xüsusi tələbat, zərurət məsələsinə əlavə baxılır”, - deyə Bəxtiyar Məmmədov bildirib.
(bizim.media)
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












