Bakı metrosunda qatarların hərəkətində GECİKMƏ - YENİLƏNİB

Bu gün səhər saatlarında metro qatarlarının hərəkətində ləngiməyə aydınlıq gətirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarında xətlərdə yubanmalara səbəb "Elmlər Akademiyası" stansiyasında vaqon qapısına edilmiş kənar müdaxilə olub.
"Qatara baxış keçirib, qapılarda heç bir problem aşkarlanmasa da, maşinist təlimat tələblərinə uyğun olaraq, qapıların sərnişinsiz hərəkət zamanı bir də yoxlanmasına qərar verib. Mənzil boyunca qapılar normal vəziyyətdə çalışdığından, qatar "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır. Nəticədə xətdə yaranmış cüzi yubanmalar qısa müddət ərzində aradan qaldırılıb.
Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yenilik qatarların hərəkət dəqiqiliyinə əməl olunmasını tələb edir. Metropolitenin "Yaşıl" və "Qırmızı" xətləri kəsişərək birləşdiyindən bu təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamı və sərnişin rahatlığının pozulmasına gətirib çıxarır.
Sərnişinlərdən xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verməsinlər", - deyə B.Məmmədov bildirib.
***
Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.
Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.
"Hətta stansiyalararası tunellərdə də dayanmışıq", - deyə sərnişin yazıb.
Digər sərnişin isə yazıb: "Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə, düz altı dəqiqə stansiyada dayanmalıdır?"
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu verilib. Hələlik qatarların ləngimə səbəbi məlum deyil.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












