Bakı metrosunda qətl törətməkdə təqsirləndirilənlərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli Əliyev və onunla birgə saxlanılan Füzuli Nəcəfovun cinayət işi üzrə proses başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
F.Nəcəfova isə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Bakıda baş verib. Metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Emin Şəmiyev ürək nahiyəsindən bıçaqla vurulması nəticəsində dünyasını dəyişib.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










