Bakı metrosunda sərnişin 400 manat pul tapıb - FOTO

Oktyabrın 10-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları maraqlı hadisənin şahidi olublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib. Polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib. Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib. Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb. "Bu kimi hallarla rastlaşarkən vətəndaş mövqeyi sərgiləmək, tapdığımız əşyaları sahibinə qaytarmaq üçün polisə müraciət etmək həm də əsl vətəndaşlıq borcudur", - deyə, DİN-dən bildirilib.
Namiq
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











