Bakı metrosunda tunel tikintisinə görə “28 May” istiqamətinə gediş-gəliş necə tənzimlənəcək? - AÇIQLAMA

Metronun “Cəfər Cabbarlı” stansiyası istiqamətində iki tunel tikiləcək. Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti təşkil edilməyəcək. Məlumata görə, qatarlar “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər.
Tunelin tikintisi başladıqdan sonra metronun “28 may” stansiyası ətrafına getmək istəyənlər üçün hansı nəqliyyat vasitəsi daha əlçatan olacaq? Sərnişinlərin rahat gediş-gəlişinin təşkili üçün hansı addımlar atılacaq?
200 metrlik tunelin tikintisi başladıqdan sonra sərnişinlərin yerüstü ictimai nəqliyyatla yönləndirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə həyata keçiriləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, hazırda bununla əlaqədar birgə monotorinqlərin nəticələrinin təhlili və texniki xarakterli işlər davam etdirilir.
“Yekun qərarlar barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq”,- qurumdan əlavə olunub.(trend.az)
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












