Bakı metrosunda yeni qatarlar köhnələrə nisbətən YAVAŞ GEDİR? - İDDİA

Yeni nəsil qatarların köhnə qatarlara nisbətən aşağı sürətlə hərəkət etməsi ilə bağlı şikayətlər var. Fərqli marşrutlarda hər iki tip qatardan istifadə edən sərnişinlər sözügedən sürət fərqinin açıq şəkildə hiss olunduğunu iddia edirlər.
Bəs görəsən, yeni nəsil qatarların maksimal və orta hərəkət sürəti neçə km/saatdır? Köhnə qatarların sürəti ilə müqayisədə fərq nədən ibarətdir? Sürət fərqi mövcuddursa, bunun səbəbi texniki xüsusiyyətlərlə, təhlükəsizlik tələbləri ilə, yoxsa infrastruktur məhdudiyyətləri ilə bağlıdır?
"Bakı Metropoliteni" QSC-dən cavab olaraq qeyd olunub ki, hərəkət qrafiki tərtib olunarkən metropoliten xətlərinin buraxıcılıq qabiliyyəti, yolların konstruktiv və texniki quruluşu, habelə sürət hədləri, hərəkət manevrlərinə uyğun texniki imkanlar, qatarların hərəkət təhlükəsizliyini təmin edən sistemlər nəzərə alınır.
Məlumatda vurğulanıb ki, metropoliten xətlərində hərəkət edən hər üç qatar tipinin ( 81-717/714, 81-760B-761B-763B və 81-765B-766B) sürət hədləri və digər texniki parametrləri metropoliten xətlərinin tələblərinə cavab verir:
"Bu səbəbdən bütün qatarların xətlərdə hərəkət imkanları eynidir.
Yeni nəsil qatarların köhnə nəsil qatarlardan əsas fərqi daha rəvan gedişi, daha səssiz-küysüz və hermetik olması, eyni zamanda, həm maşinistlər, həm də sərnişinlər üçün rahatlığıdır"./oxu.az
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












