Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, müasir şəhərlərdə nəqliyyat artıq ayr-ayrı seqmentlər üzrə deyil, vahid sistem kimi idarə olunur:
"Bakı da bu istiqamətdə artıq institusional transformasiya mərhələsinə daxil olur. Bu qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resursların daha səmərəli istifadəsi, müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir".

Eldəniz Cəfərov hesab edir ki, yenidən təşkilatlanmanın əsas gözləntisi sərnişin məmnuniyyətinin yaxşılaşdırılmasıdır:
"Daha keyfiyyətli xidmət və daha təhlükəsiz xidməti həyata keçirtməkdir. Birincisi, intermeqal inteqrasiya güclənəcək. Metro, avtobus və gələcək reysli sistemlər arasında keçidlər daha rahat və məntiqli şəkildə təşkil olunacaq. İkincisi, operativlik artacaq. Hərəkət intervalları, sərnişin axını və pik saat yükü daha effektli idarə olunacaq. Üçüncüsü, xidmət keyfiyyəti yüksələcək".
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












