Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT

Bakının nəqliyyat problemlərinin həlli üçün şəhərin müxtəlif hissələrini əhatə edən geniş magistral relsli nəqliyyat şəbəkəsinin formalaşdırılması vacib amillərdən biri hesab olunur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev sosial şəbəkədə paylaşdığı təhlildə Bakı ilə digər böyük şəhərlərin relsli nəqliyyat şəbəkələrini müqayisə edib.
Ekspertin sözlərinə görə, Bakının əhalisinin azaldılması, insanların şəhərdən kənara köçürülməsi və ya paytaxtın “boşaldılması” ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Lakin onun fikrincə, şəhərin böyük hissəsini əhatə edən magistral relsli nəqliyyat sistemi olmadan nəqliyyat problemlərinin köklü şəkildə həll olunması çətindir.
Anar Əliyev qeyd edib ki, belə müqayisələr zamanı əsasən metro, tramvay və şəhərətrafı dəmir yolu xətləri nəzərə alınır. Avtobuslar isə adətən bu sistemin tamamlayıcısı kimi fəaliyyət göstərir və sərnişinləri əsas nəqliyyat qovşaqlarına daşıyır.
İri şəhərlərdə sərnişin axınının mühüm hissəsi məhz relsli nəqliyyat vasitələri hesabına təmin edilir. Bakı ilə müqayisədə əhalisi daha az olan bəzi şəhərlərdə belə metro və tramvay şəbəkəsi daha genişdir.
Misal olaraq Budapeşti göstərən Anar Əliyev qeyd edib ki, Bakıdan daha az əhaliyə malik bu şəhərdə təxminən 50 metro stansiyası ilə yanaşı, geniş tramvay şəbəkəsi də fəaliyyət göstərir. Bəzi tramvay xətlərində gecə saatlarında da xidmət göstərilir.
Ekspertin fikrincə, bu baxımdan Bakının nəqliyyat probleminə yalnız yolların genişləndirilməsi və avtomobillərin hərəkətinin tənzimlənməsi prizmasından yanaşmaq kifayət deyil. Şəhərin müxtəlif istiqamətlərini birləşdirən sürətli və tutumlu relsli nəqliyyat xətlərinin inkişaf etdirilməsi də əsas prioritetlərdən biri olmalıdır.
Əsas çatışmazlıqlardan biri Bakıda magistral relsli nəqliyyat şəbəkəsinin şəhərin böyük hissəsini hələ tam əhatə etməməsidir.
Onun sözlərinə görə, dövlət proqramlarında qarşıdakı illərdə bu istiqamətdə müəyyən dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Ekspert 2030-cu ilədək relsli nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı planların mövcud olduğunu qeyd edib.
Eltac Zülüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX

















