Bakı polisi əməliyyat keçirdi: "Yapon" ləqəbli oğru yaxalandı

Bakıda polis əməliyyat keçirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kriminal aləmdə "Yapon" ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Həsənli Rauf Oxan oğlu Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Qocayev küçəsi 27 saylı ünvanın qarşısında idarə etdiyi "KİA Optima" markalı 10 BZ 014 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib.
R.Həsənlinin üzərinə baxış keçirilərkən onun cibindən 5, 557 qram, avtomobilin yük yerindən isə 1 kiloqram 100 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










