Bakı polisi vətəndaşın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddialar əsassızdır.
"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictima qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını aılmaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Raryon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəfləri aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıblar. Əlavə edək ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb", deyə, məlumatda qeyd edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












