Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb

İyulun 18-də Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən tədbirdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim, aeroportun direktoru Teymur Həsənov, Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər. Səfir A.İbrahim Misir turizminin əvvəllər olduğu kimi, son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkədə təhlükəsizliyin, sabitliyin olduğunu və hökumət tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edildiyini deyib. O, ölkəsinin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd edib. A.İbrahim, həmçinin Bakı-Şarm əl-Şeyx birbaşa reysinin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə deyib ki, Misirin istirahət zonası olan Şarm əl-Şeyxə birbaşa uçuşlar iyulun 18-dən etibarən həftənin cümə axşamı günləri Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququ qazanan "SCAT Airlines" aviaşirkətinin "Boeing 757" təyyarəsi ilə həyata keçiriləcək. O, bu reyslə Misirə səfər edəcək azərbaycanlı turistlərin sayının artacağına ümidvar olduğunu deyib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO










