Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) şəxsi heyəti müvafiq plana uyğun olaraq, avtomat silahlardan praktik atışlara cəlb edilərək döyüş hazırlıq vəziyyəti yoxlanılıb.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, bir günlük praktik məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti yoxlanılıb.
DİN-in Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktik atışlara cəlb edilməsində məqsəd fiziki hazırlığının artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak edib.
Qeyd edək ki, atıcılıq kompleksinin tirlərində tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












