Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb - Kobaxidze

2025-ci ildə Orta Dəhliz üzrə Gürcüstan ərazisindən konteyner daşımalarının həcmi 33 faiz, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu vasitəsilə yük dövriyyəsi isə təxminən altı dəfə artıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən Gürcüstan-Türkmənistan biznes forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Türkmənistan bir-biri üçün sadəcə ticarət tərəfdaşları deyil, Avropa ilə Asiya arasında mühüm körpülər rolunu oynayan ölkələrdir.
"Biz regional bağlılığın və beynəlxalq ticarətin gücləndirilməsində ortaq maraqları bölüşürük. Bu ortaq strateji üstünlüklərə əsaslanaraq biz Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət veririk”, - Kobaxidze əlavə edib.
Baş nazir qeyd edib ki, Gürcüstan Orta Dəhlizi daha sürətli, səmərəli və rəqabətli etmək üçün nəqliyyat və logistika infrastrukturunu gücləndirməyə davam edir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












