Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container"dən bildirilib.
Məlumata görə, 40 futluq konteyner Türkiyə-Qazaxıstan marşrutu ilə hərəkət edən blok qatarının tərkibində ölkəmizin ərazisindən keçərək, Qazaxıstanın Yeti Su Stansiyasına çatdırılıb. 20 konteynerdən ibarət blok qatarının yükü dizel yanacağı ilə işləyən minik avtomobilləri olub. Daşıma “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”nin operatorluğu ilə həyata keçirilib. 2017-ci il oktyabrın 30–da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, ötən il bu xətlə 4135 (TEU), bu il isə 5810 (TEU) konteyner daşınıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












