Bakı-Tbilisi-Qars dəmiryoluna əlavə yüklər cəlb edilə bilər

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir: "Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir".
C.Qurbanovun sözlərinə görə, hazırda Qazaxıstan tərəfi ilə əlavə yüklərin cəlbi üçün işlər aparılır və bunun nəticəsində əlavə 500-600 min ton yük cəlb edilə bilər. "Sözügedən xətt ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır. Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Sənədlər hazır olunub imzalanandan sonra sərnişin daşımalarına start veriləcək",-, C.Qurbanov əlavə edib.
BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı C.Qurbanov bildirib ki, bunun üçün Türkiyə ərazisində 280 km xətt inşa olunmalıdır ki, bu da 2 mlrd. ABŞ dollarına yaxın sərmayə tələb edir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











