“Bakı-Tbilisi-Qars” xəttinin yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb - ADY sədri

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini gücləndirir.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkənin həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi strateji əhəmiyyət daşıyır və hazırda bu istiqamətlər üzrə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Rövşən Rüstəmov qeyd edib ki, Şərq-Qərb dəhlizi çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolu xəttinin tam elektrikləşdirilməsi, dəyişən cərəyana keçid və müasir işarəvermə sistemlərinin qurulması istiqamətində işlər görülür. Məqsəd xəttin illik buraxılış gücünü 40 milyon tona çatdırmaqdır.
QSC sədri vurğulayıb ki, “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin də buraxılış gücü artırılıb. Belə ki, layihənin yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb və hazırda marşrut həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində tam istifadə olunur.

Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı layihələrə də toxunan Rövşən Rüstəmov bildirib ki, Bakıdan Yalama istiqamətinə qədər olan hissədə yolun sağlamlaşdırılması işləri başa çatdırılıb. Bu ildən etibarən isə həmin istiqamətdə elektrik və işarəvermə sistemlərinin yenidən qurulmasına başlanılması planlaşdırılır.
Bundan əlavə, Ələt-Osmanlı və Osmanlı-Astara istiqamətlərində də modernləşdirmə işlərinin davam etdiyi qeyd olunub. Astara terminalında işlərin 92 faizinin tamamlandığını bildirən QSC sədri yaxın aylarda terminalın tam istifadəyə veriləcəyini açıqlayıb. Terminalın illik 4 milyon tona qədər yük aşırma gücünə malik olacağı vurğulanıb.
Rövşən Rüstəmov həmçinin bildirib ki, son illərdə regionda baş verən geosiyasi proseslər Orta Dəhlizə marağı daha da artırıb. Onun sözlərinə görə, Azərbaycan Dəmir Yollarının təşəbbüsü ilə yaradılan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası da bu istiqamətdə əməkdaşlığın genişlənməsinə töhfə verir.
QSC sədri qeyd edib ki, əsas hədəflərdən biri beynəlxalq dəhlizlərdə yükdaşımaların sürətini, təhlükəsizliyini və rəqəmsal idarəetməni daha da təkmilləşdirməkdir.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












