Bakı yollarında “Sarı zolaq” çəkilişi davam edir - VİDEO

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolaq” çəkilir. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Avtosfer.az-ın məlumatına görə, qaydalara əməl etməyən sürücülər yol polisi tərəfindən cərimə ediləcək. Sarı zolağa icazəsiz daxil olan sürücüləri 40 manat cərimə gözləyir. Cərimə protokollarının hansı tarixdən etibarən yazılacağı yol polisi tərəfindən ictmaiyyətə açıqlanacaq. Hərəkətə mane olmamaq məqsədilə zolağın çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agenltiyi tərəfindən gecə saatlarında icra edilir.
Qeyd edək ki, XV Avropa Yay Olimpiya Gənclər Festivalında iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











