Bakıda 2 avtobus toqquşdu - 7 qadın yaralandı

Yeni Ramana yolunda, Pedoqoji kollecin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyindən Avtosfer.az-a daxil olan məlumata görə, hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 qadın isə şəxsi avtomobillə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Vəziyyətləri orta- ağır kimi qiymətləndirilir.
Qəza 49 və 106 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində baş verib. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99 RS 657 dövlət qeydiyyat nişanlı avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.
Emin
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












