Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib. O bildirib ki, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, O.Əliyev barəsində irəli sürülən adam öldürməyə cəhd maddəsi qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib.
1998-ci il təvəllüdlü Zaman Qərib oğlu Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Orxan Elxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.
O.Əliyevə əvvəlcə Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra onun əməli 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












