Bakıda 5 nəfərin ölümündə ittiham edilən sürücüyə bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az xəbər verir ki, vəkil Əli Hüseynovun Oxu.az-a verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Buna görə də H.Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə 2017-ci il dekabrın 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək “Mercedes” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə 5 nəfər ölüb. H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, daha əvvəl bu işə baxılan zaman təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












